SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda manatın 2-ci dəfə, daha kəskin devalvasiyasından sonra mobil operatorların rouminq tariflərini artırıb-artırmayacağı maraq doğurur.
 
BAKU.WS xəbər verir ki, Fins.az bu məsələ ilə bağlı operatorların mövqeyini öyrənib.
 
"Azercell": Bahalaşma olmayacaq
"Azercell Telecom”dan bildirilib ki, rouminq danışıqlarının bahalaşması gözlənilmir. Yaxın gələcəkdə də bununla bağlı dəyişiklik olmayacaq.
 
"Bakcell": Qiymətləri artırmışıq
"Bakcell” şirkəti isə bəyan edib ki, rouminq tarifləri artıq yeni məzənnəyə uyğun olaraq yenilənib. Belə ki, şirkət rouminq danışıqlarının qiymətini xarici partnorlarla əməkdaşlıq çərçivəsində xarici valyutada müəyyən edilmiş qiymətlərə uyğun müəyyən etdiyi üçün üçün bahalaşma qaçılmaz olub. Yəni, qiymət müvafiq qaydada manat ekvivalentinə uyğun olaraq dəyişdirilib.
 
"Nar": "Qiymətlər sabit qalacaq
"Nar”dan isə bildirilib ki, hər hansı qiymət artımı olmayacaq: "Hazırda maliyyə bazarındakı mövcud vəziyyəti təhlil edilsə də, yaxın zamanlarda hər hansı bir qiymət dəyişikliyi nəzərdə tutulmayıb. Həmçinin, "Nar” tərəfindən devalvasiyadan öncə elan edilən kampaniyaların istifadə müddətində də heç bir azalma və ya məhdudiyyət tətbiq edilməyib”.

BAKU.WS