Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, yerli vaxtla saat 06:25-də qeydə alınmış zəlzələnin gücü 3,9 bal olub.

Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gecə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanlar Bakıda da hiss edilib.

Daha ətraflı “SON DƏQİQƏ: Bakıda zəlzələ oldu – VİDEO” adlı xəbərdan məlumat ala bilərsiz.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ