SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 29-da "BakuBus” MMC-nin yeni veb-saytının təqdimatı keçirilib.

BAKU.WS
-in məlumatına görə, yeni formatda təqdim olunan veb-sayt artıq vətəndaşların istifadəsinə verilib. Saytın ən diqqət çəkən məqamı veb-sayta giriş edərkən ilkin olaraq Bakının xəritəsi və hərəkət edən avtobusların qrafikinin göstərilməsidir. Sərnişin avtobusun marşrut xətti, pik saatlarda hər hansı bir məqamla bağlı sualını "BakuBus”un veb-saytına daxil olaraq marşrut nömrəsini qeyd etməklə cavab tapa bilər.

Bundan əlavə sərnişin hansısa səbəbdən istifadə etdiyi avtobus haqda məlumat almaq, sürücünün kimliyini, avtobusun nömrəsini və hal-hazırda hansı istiqamətdə olduğunu bilmək istərsə "BakuBus”a məxsus veb-sayta daxil olub xəritədə həmin məlumatı çox asanlıqla əldə edə bilər.

Həmçinin, yeni marşrut xətti açıldıqda da "BakuBus” sərnişinləri bu sayt vasitəsilə avtobusların dayanacaqlarını öyrənə bilərlər.

Veb-saytda "BakuBus” MMC barəsində xəbərlər, paytaxtımızın gəzməli və görməli yerləri haqda məlumatlar, "BakıKart”, ekspress xətləri və "BakuBus” avtobuslarına "virtual tur” bölmələri mövcuddur.

 

Şirkətin yeni saytına www.bakubus.az ünvanından daxil ola bilərsiz.

Ziya Babayev
BAKU.WS