SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada dövlət layihələrini dəstəkləyən "Vneşekonombank" (VEB) Qərbin sanksiyalarından sonra çətin vəziyyətə düşüb.
 
BAKU.WS-in məlumatına görə, bankın xilas olması üçün 18 milyard dollarlıq vəsait lazımdır. Soçi olimpiadasından tutmuş sahibkarlığın inkişafına qədər bütün özəl dövlət layihələrini maliyyələşdirmiş VEB illərdir Rusiya tərəfindən istifadə edilirdi. Ancaq, hazırki maliyyə vəziyyəti bankı iflasa sürükləyir. Bankın borclarının silinməsi üçün xilasetmə paketi hazırlanır.
 
Rusiya prezidenti Vladimir Putin VEB-i Rusiyada kapitalizmin maliyyə gücü olaraq istifadə etmək istəyirdi. VEB-in arxasındakı dövlət qərb ölkələrindən ucuza borclanaraq, vəsaiti Kremlin maliyyyələşdirdiyi layihələrə yönləndirməyə çalışırdı. Ötən il Qərbin sanksiyalarından ciddi zərər görən VEB kredit verməyi dayandırdı.
 
Rusiya Hökuməti bankın xilas edilməsi üçün 1.3 trilyon rubl (18 milyard dollar) lazım olduğunu bildirib. Ancaq ucuzlaşan neft qiymətləri dövlətin bu əməliyyatı həyata keçirməsini çətinləşdirir. Ancaq dövlət ölkənin ən böyük banklarından birini xilas etməklə iqtisadiyyata təkan verməyə çalışır. Dövlətin bu addımı son günlər sürətlə ucuzlaşan rublu bir növ xilas etməyə yönəlmiş addımdır.    
 
Şahin Həbibov
BAKU.WS