SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün axşam saatlarında Rusiyada azərbaycanlı müğənni Elbrus Canmirzəyev ağır avtomobil qəzasına düşüb.


BAKU.WS
-in məlumatına görə, bu barədə "Kuban-24” telekanalı xəbər yayıb. Verilən məlumata görə, "Lexus” markalı avtomobillə, BMW markalı maşın toqquşub. Daha sonra "Lexus” markalı maşın yük maşınına çırpılıb.


Qəza zamanı "Lexus”da olan müğənni Elbrus Canmirzəyev ağır yaralanıb, onun prodüseri Kamran Əmirov isə dünyasını dəyişib. Elbrus Canmirzəyev 1991-ci ildə Azərbaycanın Qax rayonunda dünyaya gəlib. O, 2010-cu ildən karyerasına başlayıb. Elbrus Canmirzəyev Rusiyada "Avara” ("Бродяга”) mahnısı ilə məşhurlaşıb. Onun bu klipi "YouTube” video portalında 9 milyondan çox insan tərəfindən baxılıb.


Ziya Babayev

BAKU.WS