SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 03-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 04-dək davam edəcək.
 
BAKU.WS