VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda ağacların kütləvi kəsilməsilə bağlı məlumatlar yayılır.

BAKU.WS-ə şikayət edən şəxslər bildirirlər ki, Atatürk parkında və şəhərin müxtəlif ərazilərində, ağacları yarıdan kəsirlər. Sosial şəbəkələrdə bu faktın soyqırım təsiri bağışladığı bildirilir. 

Məsələyə aydınlıq gətirmək üçün Bakı Meriyası ilə əlaqə saxladıq. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ərazidə yenidənqurma işləri aparılır.

“Yaşı ötmüş, qocalmış ağaclar ruslar demişkən “омоложение” edilir, yəni cavanlaşma aparılır. Bu zaman ağaclar yenidən töfhə verəcək. Ümumilikdə aqrotexniki budama işləri aparılır. Bundan başqa, çürümüş, qəzalı olan ağaclar da götürülüb. Onların yerinə yeniləri əkiləcək.

Başı kəsilən ağacların hamısı cavanlaşdırılır. Onların üst hissəsindən budanır. Əgər ağacın 50-60 yaşı varsa, onun yaşı keçmiş hesab olunur. Onun üst hissəsindən kəsəndən sonra onun ömrünü 30 il artırırıq. Əslində Bakıda ağacların 90 faizi cavanlaşmalıdır”, - deyə Orxan Məmmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS