VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməyidir.

Universitetin qarşısında onlarla qzın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışlarının qarşısını almağa səy göstərmirlər?”

BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, Azərbaycanda heç olmazsa bu cür toplum içində açıq formada qızlar siqaret çəkməyə risq etmirlər.

“Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin fikrimcə birinci şərtidir.

Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram.

Əslində bu tərbiyəvi məqsədlə atılan bir addımdır. Yeri gəlmişkən, bu son səfərim zamanı iki dostumuzun siqaretdən imtina etməsinə qısa bir söhbətdən sonra nail ola bildim.

Hər birimiz çevrəmizdəki əlçatan insanları inandıraraq siqaretdən uzaqlaşdırmalıyıq. Yalnız qanunla, cəriməllərlə bu iş yürüməz”, - deyə millət vəkili bildirib.

Deputat siqaretin vurduğu zərərə də toxunub:

“Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir.

Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın. İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi, əlbəttə, bu da bir gerçək hallardır, lakin ən çox xərçəngə insanı yaxınlaşdıranın siqaret olduğunu alimlər müəyyənləşdiriblər”.

Ziya SƏCCAD
BAKU.WS