VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb.


BAKU.WS
-in məlumatına görə, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər.

Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var.

Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.

BAKU.WS