VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan milli valyutasının manat qarşısında ucuzlaşması mağazalarda bahalaşmaya səbəb olub. 
 
BAKU.WS-in məlumatına görə, ən ciddi bahalaşma isə qoğalda müşahidə edilib. Belə ki, paytaxt mağazalarında satılan qoğalın qiyməti 67% bahalaşıb. Əvvəllər 30 qəpiyə satılan qoğal dolların bahalaşmasından sonra 50 qəpiyə qaldırılıb. 
 
Redaksiyamıza müraciət edən oxucularımız qiymət artımının son bir neçə gün ərzində tətbiq edildiyini bildirib. Bir qoğalı 20 qəpik bahalaşdıran mağaza sahibləri manatın ucuzlaşmasını fürsətə çevirib. 
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Şahin Həbibov
BAKU.WS