SİZİN REKLAM BURADA!
055 213 76 73



28 yanvar 2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarınnın gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

Bu barədə "Azərbaycan Dəmiryolları" QSC-dən BAKU.WS-ə məluamt verilib.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində, bilet kassalarında eləcə də köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlərlə yanaşı elektron plastik kartlar istifadə edilir.

Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq,

eyni zamanda bilet satışı köşklərində eləcə də kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi

və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcəkdir.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcəkdir.

BAKU.WS

İstiqamət

Tarif (manatla)
(ƏDV daxil olmaqla)
EkonomBiznes
Plastik kartlaçap olunmuş
biletlə
 
Plastik kartlaçap olunmuş
biletlə
 
Bakı-Sumqayıt (Sumqayıt-Bakı)1,01,102,002,10
Bakı-Biləcəri (Biləcəri-Bakı)0,400,501,601,70
Bakı-Xırdalan (Xırdalan-Bakı)0,600,701,801,90
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)0,400,501,201,30
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)0,800,901,801,90
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)0,600,701,601,70