SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də "Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.

BAKU.WS
-in məlumatına görə, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə metronun "Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verildi.

Azərbaycan Prezidenti yeni çıxışda yaradılan şəraitlə tanış oldu.

Ziya Babayev
BAKU.WS