VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bir araya gəldiyi görüşün detallarını açıqlayıb.

BAKU.WS-in məlıumatına görə, Paşinyan bildirib ki, bu, İlham Əliyevlə üçüncü görüşüdür. "Son bir neçə ay ərzində ATƏT-in Minsk qrupu həmməruzəçiləri ilə də görüşmüşük. Görüşlərdən çəkinməməliyik. Bunlar qeyri-rəsmi görüşlərdir, müzakirələrin rəsmi başlanğıcı kimi qəbul edilə bilməz ", - deyə Paşinyan əlavə edib.

O qeyd edib ki, Davos forumunun təşkilatçıları Azərbaycan və Ermənistan liderlərinin hər ikisindən ayrı-ayrılıqıda bir araya gəlmələrini və suallara birgə cavab vermələrini xahiş ediblər.

Onun sözlərinə görə, Davosda və əvvəlki görüşlərdə müzakirə prosesinin tarixi, həll üçün şərait yaratma imkanı, mövcud maneələr və s. müzakirə edilib: “Eyni zamanda, heç bir xüsusi fikir vurğulanmadı, ətraflı müzakirə aparılmadı. Burada başqa niyyət yoxdur. Görüşlərin önəmli olduğunu düşünürəm", - deyə Paşinyan vurğulıayıb.

BAKU.WS