SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtda açılan bayram qabağı yarmarkalarda qiymətlər söz verilən kimi ucuz deyil.

BAKU.WS-in ANS PRESS-ə istinadla verdiyi məlumata görə, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla Bakının 5 ünvanında - Binəqədi rayonu üzrə Dərnəgüldə, Xətai rayonu üzrə "Bakı" kinoteatrının yanında, Nərimanov rayonu üzrə Keşlə bazarı yaxınlığında, Səbail rayonu üzrə Badamdar qəsəbəsində, Suraxanı rayonu üzrə Əmircan qəsəbəsində keçiriir. 

Aparılan müşahidələr nəticəsində məlum olub ki, son bir həftədə ölkədə qeydə alınan bahalaşma yarmarkalarda da özünü biruzə verir. 

Bayram yarmarkalarına gələn alıcılar qiymət baxımından yarmarka ilə bazarın fərqinin olmadığını deyirlər. Onların sözlərinə görə, qiymətlərdə elə də böyük fərq yoxdur, bəzi məhsullar isə, məsələm yumurta, yarmarkada baha qiymətə təklif olunur. 

Oxucuların redaksiyamıza verdiyi məlumata görə ən acınacaqlı vəziyyət Badamdarda təşkil olunan yarnarkada qeydə alınıb. Hazırda əməkdaşlarımız həmin yarmarkada müşahidə aparırlar.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə isə yarmarkada qiymətlər bazardakılardan 20-30% ucuzdur. Onların sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə ümumi bazarlarda monitorinqlər aparılıb. Həmin nəticələr əsasında da yarmarkalarda qiymətlər müəyyənləşdirilib. 

Bayram yarmarkalarındakı məhsulların qiymətlərinin bahalığı, ölkədə digər məhsulların, o cümlədən dərmanlarında qiymətlərinin bahalığı izah oldunduğu kimi manatın dəyər itirməsi ilə bağlıdır. 

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB) Mərkəzi Bankın İdarə Heyəti üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Hazırda 1 ABŞ dolları rəsmi məzənnəsi 1,5540 AZN-ə bərabərdir.
 
BAKU.WS