Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraəryəm kəndi ərazisində baş verib. "Mercedes” (10 UG 540) və VAZ 21015 (90 XL 615) markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan "Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn "VAZ 21015”-lə toqquşub. Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib. Göyçayda avtomobil qəzasında dünyasını dəyişənlərin və xəsarət alanların adları məlum olub.

Göyçay Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.
 
BAKU.WS