Ötən gün əməkdar artist, rejissor Tahir İmanovun "JW Marriott Absheron" hotelində toy mərasimi baş tutub. 

BAKU.WS məlumat verir ki, İmanov tanınmış azərbaycanlı model və aktrisa Nigar Əliyeva ilə nikaha daxil olub.

Nigar Əliyeva 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasını qazanıb. 2010-cu ildə "Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və "Miss Xəzər” nominasiyasına layiq görülüb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində rol alıb. Film və model sərgilərində iştirak edir, "Miss Grace 2010" tituluna layiq görülüb.
 
Ayşən Ayxan 
BAKU.WS