VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Valyuta bazarlarında dollar Azərbaycan manatı qarşısında bahalaşmaqda davam edir. 

BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından etibarən möhkəmlənməyə başlayıb. Mərkəzi Bankın son açıqladığı məzənnə (1,5540 AZN) artaraq 1,5656 AZN-ə (0,67%) çatıb. Yəni, 100 dollar səhər saatlarında 155 manat 40 qəpik olduğu halda, hazırda 156 manat 56 qəpikdir. Məzənnənin dəyişməsi nəticəsində 100 dollarda 1 manat 16 qəpik bahalaşma qeydə alınıb.

Avropanın vahid valyutasının məzənnəsində də dəyişiklik qeydə alınıb. Səhər saatlarında 1 avro 1,7043 AZN-ə bərabər olsa da, günün ikinci yarısında avro bahalaşmağa başlayıb. Hazırda 1 avro 1,7057 AZN-ə bərabərdir. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov
BAKU.WS