SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı-Gəncə sürət qatarı yolda qalıb.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova BAKU.WS-ə açıqlamasında bildirib ki, sürət qatarı Bakıya gələrkən Kürdəmir rayonu ərazisində dayanıb.

“Hava şəraiti ilə əlaqədar elektrik xətlərində nasazlıq yaranıb. Bu səbəbdən də, qatara verilən elektrik enerjisi kəsilib. Nəticədə qatar yolda qalıb”, - deyə qurum rəsmisi bildirib.

Sevinc Qədirovanın sözlərinə görə, qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib və qatar Bakıya 8 dəqiqə gecikmə ilə gəlib.

Ziya SƏCCAD
BAKU.WS