Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Gücümüz həmrəyliyimizdir” devizi altında kütləvi veloyürüş keçirilib. 

BAKU.WS xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-polkovnik Mədət Quliyev, DTX-nin Velosiped idman klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun təmsilçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

Sonda veloyürüş iştirakçıları tədbiri xatirə şəkli çəkdirməklə başa vurublar.

BAKU.WS





TƏCİLİ KREDİT SİFARİŞLƏRİ