VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 26-da Gədəbəy rayonunda dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, rayonun Mirzə Ələkbər Sabir küçəsində 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov əl qumbarasını əlində partladaraq həyatına son qoyub.

Özünü öldürən şəxs Nəriman Nərimanov küçəsi 69 ünvanında yaşayır, Gədəbəy peşə liseyində “Fiziki tərbiyə” fənnindən dərs deyirmiş.

Onun əvvəllər psixi qüsurunun olduğu bildirilir. Bundan əlavə, Nemət Bayramov həmişə maddi problemlərdən şikayətlənirmiş. Onun bir neçə dəfə özünə qəsd cəhdləri də olub.

Nemət Bayramovun həyat yoldaşı da həmin məktəbdə kitabxanaçı vəzifəsində işləyir.

Gədəbəy peşə liseyindən “oxu.az”a bildiriblər ki, Nemət Bayramov nizam-intizamlı müəllim olub. Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var:

“O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.

Faktla bağlı rayon prokurorluğunda Cinayət məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS