SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Modern.az-a təsdiqləyib. Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət sabah başa çatır.

Firudin Qurbanovun sabah – 22 dekabrda Bakı Dövlət Universitetinin kollektivinə təqdim ediləcəyi gözlənilir.

BAKU.WS