VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Biz il ərzində çox çalışdıq ki, manatın məzənnəsini saxlayaq. Neftin qiyməti 3 dəfədən çox ucuzlaşıb. Neftin qiyməti 50 dollara qalxanda biz güman etdik ki, qiymət sabitləşəcək. Lakin təəssüfrlər ki, neft hazırda 36 dollara düşüb”.

 

BAKU.WS–in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib. Prezidentin sözlərinə görə, Amerika Mərkəzi Bankının qəbul etdiyi son qərar da neftin ucuzlaşmasına xidmət edir.


"Manatın məzənnəsinin dəyişməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Neftin qiymətinin ucuzlaşmasının təbii əsasları yoxdur. Neftin qiymətinin 3 dəfə düşməsi bir siyasətdir. Biz bu devalvasiyanın qarşısını almaqdan ötrü əlimizdən gələni edəcəyik”, - deyə İlham Əliyev bildirib.


BAKU.WS