SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi sabahki doğum günü münasibəti ilə təbrik edib. 
 
BAKU.WS təbrikin mətnini təqdim edir: 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.
Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə,

BAKU.WS