SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dekabrın 19 da Quba Rayon Mərkəzi Xəstəxanasının regional perinatal mərkəzində körpəsilə birgə dünyasını dəyişən Xaçmaz sakini Leyla Cəbrayılovanın doğmaları onun ölümündə birbaşa həkimləri günahlandırırlar.

Mərhumun anası Nərminə Hüseynovanın sözlərinə görə, qızı dekabr ayında 3 dəfə perinatal mərkəzdə müayinədən keçirilib ve heç bir problem aşkar olunmayıb. Hadisə baş verən gün gənc ananın heç bir narahatlığı olmayıb. Mərkəzdə 4 həkim Leylanı müayinə ederek doğuşun 1-2 günə olacağını deyib və yaxınlarını evə göndəriblər. Axşam saatlarında isə gənc qadın qəfildən keçinib.

Ailə üzvləri deyirlər ki, əgər vaxtında problem olduğunu bilsələr hamilə qadını Bakıya apara bilərdilər.

"Həmin gün onu 4 həkim yoxladı. Hamısı da dedi ki, hər şey normaldır. Normaldısa, mənim balamı niyə öldürdülər? Onun iki qız balası boynu bükük qalıb, analarını axtarırılar. Onlar "anam hanı?" soruşanda mən nə cavab verəcəm?".

Leylanın qayınanası Dursunə Cəbrayılova isə deyir ki, gəlininə uşağın ürək döyüntülərinin zəif olduğu deyilib və ona "Riboksin" preparatı vurulub. "Sonra onu yuxarı çıxardılar. Daha heç nədən xəbərimiz olmadı".

8 və 5 yaşında 2 qız anası olan Leyla Cəbrayılovanın 3-cü övladı oğlan olacaqdı. İndi ailə onun ölümündə günahı olan tibb işçilərinin cəzalandırılmasını tələb edir. Amma,Quba rayon mərkəzi xəstəxanasından ana-uşaq ölümünə heç bir münasibət bildirilməyib.

Xəstəxananın baş həkimi İsmayıl Mirzəliyev bu barədə bir müddətdən sonra açıqlama verə biləcəklərini deyib. Faktı araşdıran Quba Prokurorluğundan isə məlumat verilib ki, ana-uşaq ölümü doğuş zamanı yox, palatada olarkən baş verib. Qəfildən qadının halı pisləşib və dünyasını dəyişib. Prokurorluqdan o da deyildi ki, ekspertizanın rəyindən sonra ana ölümünün səbəbi tam aydın olacaq.

Səhiyyə Nazirliyinin xüsusi komissiyası da Qubadakı ölüm faktını araşdırır.

ANS TV
BAKU.WS