SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Mərkəzi Bankın 21 dekabrda "üzən məzənnə" rejiminə keçməsindən bu yana ilk dəfədir ki, Azərbaycan manatı dollar qarşısında bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, hazırda dünya valyuta bazarında manat dollar qarşısında 0,40% möhkəmlənib. 1 ABŞ dolları bu ana 1,5450-ə bərabərdir. Mərkəzi Bankın bu günə açıqladığı rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,5511 AZN təşkil edib. 
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
 
Şahin Həbibov
BAKU.WS