SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəzər dənizində daha iki nəfər batıb. 
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, 21 dekabr 2015-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədiylə dənizə çıxan 2 nəfər itkin düşüb.
 
Batdıqları ehtimal olunan şəxslərin axtarışına başlanılıb. Axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 
Əlavə məlumat veriləcək.
 
BAKU.WS