VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanda növbədənkənar parlament seçkilərinin gedişatında bir neçə seçki məntəqəsində qanun pozuntularının baş verdiyi barədə “Müsəqil müşahidə” təşkilatı tərəfindən bəyanatlar səsləndirildi.


Xüsusilə, pozuntular Geğarqunikin Sevan şəhərində 20/05, Vanadzorda 23/54 və 23/53, Şirak vilayətinin Panik kəndində 33/20 saylı seçki məntəqələrində baş verdiyinə dair erməni mətbuatında yazılar dərc olunmağa başladı.



Azərbaycanlı ekspertlər hesab edirlər ki, Paşinyan seçkilərdə qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutmuşdu. BAKU.WS xəbər verir ki, analitik Ehtiram Aşırlı məsələyə belə aydınlıq gətirib:


“Bu baxımdan Ermənistanda keçirilən seçkilərin “demokratik” şəraitdə keçməsini söyləmək ağılsızlıq olardı. Daha dəqiq desək, məhz bu seçkilərdə də ciddi qanun pozuntuları, bülletenlərin kütləvi şəkildə səsvermə qutularına atılması faktları qeydə alındı ki, bu amil Ermənistandakı mövcud siyasi vəziyyətin heç də demokratikləşmə xarakterli olmadığını sübuta yetirdi.


Ələlxüsus seçkinin gedişatı zamanı seçki məntəqisi dairəsi yaxınlığında Paşinyanın plakatları asılmışdı ki, bu barədə Ermənistanın aysor.am saytı yazmışdı. Həmin məlumatda bildirilmişdi ki, qanun pozuntusu ilə bağlı seçki komissiyasına məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.



Digər maraqlı bir fakt isə seçkidə saxtalaşdırılma o dərəcəyə çatmışdı ki, ölmüş qadının yerinə belə səs verilirdi. Bəs bütün bu faktlar seçkinin saxtalaşdırılması deyil bəs nədir?


Bütün bu qeydlər ATƏT PA və Avropa Şurasının müvafiq sənədlərində yer alacaqmı yoxsa Qərb yenə öz iki tirəli siyasətini nümayiş etdirəcək? Hər halda dəyişməyən bir reallıq var ki, o da Paşinyanın bu seçkiləri saxtalaşdırmasıdır.


Paşinyan bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq bu seçkilərdə daha fəal olacaqlar hətta Ermənistan tarixində görülməmmiş bir seçki fəallığının olacağı fikrində idi.


Bəli, Ermənistan tarixində görülməmiş bir seçki oldu, lakin Paşinyanın düşündüyü kimi deyil. Belə ki, Ermənistanda indiyə qədər keçirlən seçkilərin heç birində bu qədər az sayıda seçici fəallığı ilə müşahidə olunmamışdı.


Hər nə qədər Paşinyan demokartiyadan "dəm" vursa da xalqı öz nağıllarına inandıra bilməyib. Əslində, bu xalqın Paşinyana da inanmadığının bariz nümunəsidir. Hər nə qədər Paşinyan inqilabla, xüsusilə də xalqı arxasına alaraq hakimiyyətə gəlsə də zamanla xalq da Paşinyanın Serj Sərkisyan diktaturası yolunu getdiyini görməyə başladı.


Bu reallıq da seçkilərə təsirsiz ötüşmədi. Seçkilərdə seçicilərin fəallığının aşağı olması faktı bir daha onu sübut edir ki, Paşinyan baş nazir seçilsə də, hakimiyyəti uzunömürlu olmayacaq.


Bütün bu proseslərin fonunda Ermənistanda keçirilən seçkilərin nəticəsində parlamentdə Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” bloku, Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” və Edmon Marukyanın rəhbəri olduğu “İşıqlı Ermənistan” partiyaları təmsil edəcək.


“Mənim Addımım” bloku ilə “İşıqlı Ermənistan” partiyası seçki kompaniyası zamanı Rusiya təsirindən uzaqlaşmalı və demokratik dəyərlərin üstün olduğu Qərbə doğru istiqamətlənməliyik şəklində açıqlamlarla çıxış edirdilər.


Lakin bu siyasi qüvvələrin əksinə “Çiçəklənən Ermənistan” partiyası isə rusiyayönümlü çıxışları ilə seçilir. Bir sözlə, hazırda formalaşan parlamentdə gələcəkdə qərbyönümlü siyasi qüvvələrlə rusiyayönümlü siyasi qüvvənin mübarizəsinin şahidi olacağıq.


Digər tərəfdən, qeyd etmək istədiyim maraqlı məqam isə Corc Soros Fondunun Ukrayna, Gürcüstandakı məğlubiyyətlərindən sonra növbəti dəfə Ermənistanda məğlubiyyətə uğramısıdır.


Belə ki, Paşinyanın seçkilərdə gözləniləni verməməsi gələcəkdə Soros Fondunun maliyyə dəstəyini ayırmaması deməkdir. Belə olan təqdirdə Paşinyanın mövqeyinin zəifləməsi və küçə siyasətinin iflasa uğramasıyla nəticələnək.


Bundan əlavə, Paşinyanın nə qədər Qərbə doğru yönələcəyinə dair fikirlər səsləndirilsə də hesab edirəm ki, Rusiya ilə münasibətlər normalaşdırılmağa və ölkə daxilindəki anti-Rusiya mühitinin formalaşmasının qarşı alınacaq.


Əks halda Paşinyan çox gözəl basa düşür ki, Kremlin əksinə getmək hakimiyyətinin bir o qədər qısa ömürlu olması deməkdir. Rusiya hər nə qədər İrəvanda baş verən proseslərə qıraqdan müşahidəçi qismində çıxış etdiyi görsənsə də bu heç də demək deyil ki, Kremlin mövqeyi zəifləyib və artıq Ermənistandakı proseslərə nəzarət etmir.



Fikrimcə, Rusiya İrəvadakı hər bir prosesə yaxından nəzarət edir və baş verə biləcək hadisələr haqqında qabaqcadan xəbərdardır. Məsələn son çıxan telefon danışıqları da göstərdi ki, Paşinyan və onun hüquq-muhafizə orqanlarının rəhbərləri Rusiya ilə məsləhətləşmədən hər hansısa bir addım atmırlar.


Bu baxımdan düşünmürəm ki, Paşinan Rusiyadan uzaqlaşıb Qərbə doğru meyl etmək yolunu tutsun. Rusiyanın maraqları və nəzarəti çərçivəsində Qərblə əlaqələrinə davam edəcək, lakin düşünülən kimi genişmiqyaslı əlaqələr olmayacaq.


Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gedildi, əslində dəyişən sadəcə adlardı yəni Serj Sərkisyan diktaturası dövrünun bitdiyi Nikol Paşinyan diktaturası dövrünün başladığını qeyd edə bilərik.


Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi "haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu".


Dövlət başçımız həmçinin, Ermənistanın yeni hökuməti əvvəlki rejimin "səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq", Azərbaycanın "ərazi bütövlüyü bərpa ediləcək" deyə açıqlama ilə çıxış etməsi bir daha onu göstərir ki, Ermənistanda hakimiyyətə kim gəlir gəlsin biz öz prinsipial mövqeyimiz dəyişməyəcək.


Paşinyan sonun Sərkisyan kimi olmasını istəmirsə ilk növbədə Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks halda Paşinyanın taleyi də Sərkisyan rejiminin sonu kimi olacaq.


Ziya SƏCCAD
BAKU.WS