VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda sürücülər əksər hallarda maşınları park edərkən, qaydaları pozmaqla yanaşı, piyadaların da yolunu kəsirlər. Əksər hallarda isə əlil və uşaqlı piyadaların hüququ pozulur.


Belə hallardan biri ilə bağlı BAKU.WS-in redaksiyasına fotolar göndərilib. Fotolardan da göründüyü kimi minik maşınının sürücüsü piyada səkisinə girişi bağlayıb. Avtomobili dəmir məhəccərə yaxın saxlayan sürücü bununla əlil və uşaq arabalarının rahat hərəkətinə mane yaratmış olub. 



Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədova fotoları təqdim etdik. Yol polisi BAKU.WS-ə açıqlamasında şəkillərdən göründüyü kimi sürücü tərəfindən qaydalarının pozulduğunu təsdiqlədi.



“Əgər piyada səkisi ilə maşın yolu arasında dəmir məhəccər varsa, bu 100 faiz yolun kəsişmə hissəsidir. Fotolardan da göründüyü kimi sürücü avtomobili yolun kəsişmə hissəsində saxlayıb.


Bu da açıq-aşkar “Yol Hərəkəti Haqqına” Qanunun tələblərinin pozulmasıdır. Yəni avtomobilin dayanma-durma tələbləri sürücü tərəfindən pozulub. Piyadaların yolunu kəsib-kəsilməməsi isə sonrakı mərhələdir.



Əgər əlillərin keçməsi üçün yolun kəsilməsi əməli varsa, bu sürücünün bir başqa kobud qayda pozuntusudur. Yaxşı hal deyil. Təəssüf doğuran haldır”, - deyə Vaqif əsədov bildirib.


Yol polisi təqdim edilən foto və məlumatlarla bağlı araşdırma aparılacağını bildirib:


“Əgər qanun pozuntusu barədə məlumat daxil olursa və bu barədə məlumatlar sosial şəbəkələrdə, eləcə də KİV-lərdə yayılırsa, mütləq polis tərəfindən tədbirlər görüləcək”.



Vaqif Əsədov bir daha sürücülərə maşın saxlayarkən piyadaların yolunu kəsməməyi tövsiyyə edib:


“Bir daha Bakı şəhərinin inzibati ərazilərinə düşən əksər küçə və proqpektlərdə süni sıxlığın yaşanması əsasən sürücülərin dayanma-durma, parklanma tələblərinin düzgün yerinə yetirməməsindən yaranır.


Bu istiqamətdə polislə birgə Bakı Nəqliyyat Agentliyi də müvafiq tədbirlrə həyata keçirir. Lakin sürücülər özləri də öz düşüncəsini və keyfiyyətini ortaya qoymalıdırlar. Onlar maşınları ilə başqalarının yolunu kəsməməlidirlər”.


Cavid Babayev
BAKU.WS