VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Maliyyə naziri Samir Şərifov Azərbaycan manatının gələcək taleyilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirib.


BAKU.WS xəbər verir ki, nazir “real tv”yə açıqlamasında bildirib ki, onun mətbuata verdiyi açıqlama bəzi qüvvələr qan çıxmayan problem yaratmaq istəyirlər.


“Mən nə demişəm, öz sözümün altında imza atmağa hazıram. Qeyd etdiyim o idi ki, manatın kəskin möhkəmlənməsi, iqtisadiyyatımız üçün faydalı deyil. İlk növbədə milli istehsal üçün faydalı deyil.


İxracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bu barədə mübahisə etmək istəyirsə, mən həmin şəxslə mübahisəyə hazıram.


Bu məsələyə büdcə qaydası ilə bağlı toxunmuşdum. Biz Dövlət Büdcəsini maliyyələşdirmək üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdiririk. Yəni təklif olunan neft dollarları, xarici valyuta başlayır ucuzlaşmağa.


Bunam üvafiq olaraq milli valyutamız başlayır möhkəmlənməyə. Bu milli iqtisadiyyatımıza mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün Mərkəzi Bank artıq xarici valyutanı bazarlardan almağa başlayır.


Bununla da, manatın əlavə möhkəmlənməsinə imkan vermir”, - deyə Samir Şərifov bildirib.


BAKU.WS