SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Bütün avtomobillərdə Xüsusi komplektləşdirilmiş dərman qutuları (apteçka) olmalıdır".


Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sürücülərin hamısı maşınlarında "apteçka”ların içərisindəki dərman preparatlarının və tibbi lavazımatların istifadə müddətinə nəzarət etməlidir.

"Sürücülər elə hesab etməməlidirlərk i, maşında "apteçka” qoymaqla məsuliyyətdən azad olunurlar. Bu düzgün deyil. Onlar özləri-özlərini aldatmamalıdırlar. Sürücülər dərman qutularının içərisindəki vasitələri tez-tez yeniləməlidirlər. Bu qutuların içərisində yod, pambıq, bint, "jqut”, qanaxmanı dayandırmaq üçün vasitələr, spirt, ağrıkəsici dərmanlar və digər vasitələr olmalıdır”, - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, sürücülər dərman qutusunun içərisindəki vasitələrdən istifadə qaydalarını bilməlidir. Bundan əlavə, sürücü ilk yardım üçün lazım olanları da bilməlidir: "Hər hansı bir yol hərəkəti qəzası baş verərsə, sürücü xəsarət alanlara ilkin tibbi yardım göstərməyi bilməlidirlər. Bu özləri üçün yaxşıdır. Bilməlidirlər ki, qanaxmanın qarşısını almaq üçün ilkin nə etmək lazımdır. Sınıq yaranan zaman ilkin yardım göstərmək üçün hansı hərəkətlər etmək lazımdır. Sürücülər süni nəfəs verməyi bacarmalıdırlar”.

Qeyd edək ki, sürücülər avtomobillərdə Xüsusi komplektləşdirilmiş dərman qutuları (apteçka) olmadıqda İnzibati Xətalar Məcəlləsilə məsuliyyət daşıyırlar. Məcəllənin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalari əleyhinə olan inzibati xətaların 166-cı maddəsilə "apteçka”ların olmaması qanun pozuntusu sayılır.


Həmin maddəni təqdim edirik:


Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması


166.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə -üç manatdan beş manatadək miqdarda cərimə edilir.


166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə - on manatdan on beş manatadək miqdarda cərimə edilir.

166.3. Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə -  vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Ziya Babayev
BAKU.WS