VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda dolların manata nisbətdə 50% bahalaşmasından sonra əhali mağazalara hücum çəkib. 
 
BAKU.WS-in məlumatına görə, sabahdan etibarən paytaxt mağazalarında qiymətlərin bahalaşacağını gözləyən vətəndaşlar əllərində olan pula ərzaq almağa çalışırlar. Vəziyyət o həddə çatıb ki, artıq kassalar qarşısında növbələr yaranıb.
 
Topdasatış mərkəzləri isə mağazalara ərzaq verməkdən imtina edir. Qiymətlərin 50%-ə qədər bahalaşacağı gözlənilir. Rəsmi qurumlar isə hələ də son vəziyyətlə bağlı açıqlama vermirlər. 
 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
 
Şahin Həbibov
BAKU.WS