SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda paytaxtda müşahidə edilən güclü yağış səbəbilə Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş rejimdə çalışır.

BAKU.WS xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hava şəraitinin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb:

"Hazırda bütün təsərrüfat birlikləri və İcra Hakimiyyətləri iş başındadır. Rəhbərlik və bütün qurumlar bazar günü olmasına baxmayaraq, işləyir. İcra başçısı Eldar Əzizov vəziyyətin nəzarətdə saxlanması üçün lazımi tapşırıqları verib”.

BAKU.WS