Əməkdar artist Röya Ayxanın yol qəzasından sonra ilk görüntüsü yayılıb.

BAKU.WS-in məlumatına görə, aparıcı Hacı Nuran qəzaya düşən Röyanı evində ziyarət edib. O, Röya və onun oğlu ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.

Fotoda Röyanın qolunun gipsdə olduğu görünür.

21:39

Əməkdar artist Röya Ayxanın köməkçisi Vüsal Rzayev BAKU.WS-ə açıqlamasında bildirib ki, müğənni artıq xəstəxanadan evinə buraxılıb.

İfaçının səhhəti qaydasındadır.

20:50

Aldığımız son məlumata görə, Röya Ayxan artıq müayinə olunub. 

BAKU.WS xəbər verir ki, onun səhhətində ciddi problem olmadığı bildirilir.

Qəza zamanı müğənninin qolu əzilib.

20:29

Əməkdar artist Röya Ayxanın avtomobil qəzasına düşməsi haqda xəbərlər yayılıb. İfaçının təcili tibbi yardım maşını ilə "HB Güvən" klinikasına aparıldığı bildirilir.

BAKU.WS olaraq yayılan xəbərlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün müğənninin komandasında çalışan şəxslərdən biri ilə əlaqə saxladıq.

O, xəbərin doğru olduğunu bildirdi və dedi ki, Röya Ayxan hazırda rentgen müayinəsindən keçir. 

Hüseyn Məmmədsalahov
BAKU.WS