SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda ilk dəfə nazir Xəzər İnnovasiya Konfransının Açılış Sessiyasının əsas spikerlərindən biri kimi çıxış edəcək.

BAKU.WS xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Konfransa qatılacaq digər ölkə nazirləri ilə birlikdə çıxış edəcək.

Sessiyanın əsas spikerləri arasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev, İran İslam Respublikasının rabitə və infotmasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi, Belarus respublikasının rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqan da var.

Qeyd edək ki, “Dayanıqlı İnkişaf naminə rəqəmsal bağlantı” XƏZƏR İNNOVASİYA KONFRANSI dekabrın 5-i öz işinə başlayacaq.

BAKU.WS