Bakıda obyektdə yanğın baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.


Verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində, “Azərbaycan” kinoteatrı yaxınlığındakı “Tərxun” restoranında baş verib. Yanğın restoranın ikinci mərtəbəsində qeydə alınıb.


Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.


Hadisənin səbəbləri araşdırılır.


Ziya SƏCCAD
BAKU.WS