ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova dünyasını dəyişib. 

BAKU.WS məlumat verir ki, bu haqda Murad Hüseynov facebook hesabında məlumat verib:
 
"Gülüm soldu. Günəşim qürub etdi. Allah rəhmət eləsin. Haqqınızı Gülərimə halal edin. Dəfn sabah Qubada olacaq".
 
Qeyd edək ki, Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir müddət sonra yenidən eyni xəstəliyə tutulmuşdu. Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu. Ailə müalicə üçün evlərini satmış və kirayəyə köçmüşdü. 

Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb. 

Allah rəhmət eləsin!
 
BAKU.WS