SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


BAKU.WS-in xəbərinə görə, sərəncama əsasən, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

BAKU.WS