"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.


Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Verilən məlumata görə, yanğın bazarda oyuncaqların saxlanıldığı anbarda baş verib.


Hadisə zamanı mallar yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb.


Hadisə zamanı xəsarət alan yoxdur.


Ziya SƏCCAD
BAKU.WS