SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Qroznıda döyüş keçirəcək.
 
BAKU.WS-in məlumatına görə, dekabrın 26-da Çeçenistan respublikasının paytaxtında baş tutacaq "Qroznoy bitı 13” turnirində Zabitin rəqibi polyak idmançı Pol Slavinski olacaq. "Kolizey” idman zalında baş tutacaq döyüşlə bağlı maraqlı videoçarx da hazırlanıb.
 
"Yaşamaq üçün döyüşmək" başlığı ilə videonu öz səhifəsində paylaşan azərbaycanlı idmançı böyük günə hazırlaşır. Zabit özü 26 dekabrı revanş günü kimi xarakterizə edir. Çünki o, Slavinskiyə 2007-ci ildə Amsterdamda texniki nokautla məğlub olub. 
 
Xatırladaq ki, Çeçenistan lideri Ramzan Kadırov azərbaycanlı kikboksçu Zabit Səmədov ilə müqavilə imzalayıb. "Qroznaya Bitva-11" döyüş turnirindən etibarən Səmədov "Axmat" klubunu təmsil etməyə başlayacaq.

Şahin Həbibov
BAKU.WS