VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsinə asfalt örtüyünün çəkilişi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, həmin ərazi üzrə avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkəti məqsədilə Neftçilər prospekti üzrə, Azadlıq prospekti kəsişməsindən, yəni Azadlıq meydanından keçməklə hərəkətin əksinə - Neftçilər prospekti, Rəsul Rza küçəsi kəsişməsinə doğru alternativ yol üzrə istiqamət müəyyən edilib.

Asfalt örtüyünün çəkilişi ilə əlaqədar Neftçilər prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri bir istiqamətli 3 və 5 hərəkət zolağı olan qol qovşağıdır ki, onlarla kəsişən Bülbül prospekti, Rəşid Behbudov, Səməd Vurğun və digər küçələr üzrə hərəkət məhdudlaşdırılıb. Ərazidə yaranan vəziyyətə uyğun olaraq, sürücülərə və avtomobil sahiblərinə tövsiyə olunur ki, müəyyən olunan istiqamətlər üzrə tələblərə uyğun hərəkət etsinlər. Xüsusilə, Azadlıq prospektində Zərifə Əliyeva küçəsinin kəsişməsindən düzünə - Neftçilər prospekti istiqamətinə hərəkət təşkil edilib.

Qeyd edilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaranmaması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, yollarda təmir işləri qısa müddətə yekunlaşana qədər paytaxt sakinləri ictimai nəqliyyata üstünlük versinlər və müəyyən olunan alternativ yollardan istifadə etsinlər.

Ziya Səccad

BAKU.WS