SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, aktrisa Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

BAKU.WS-in məlumatına görə, vida mərasimində mərhum aktrisanın ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak edir. 

Vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Mahirə Yaqubova, aktrisa Nigar Babayeva, Xalq artisti Rafiq Əzimov, teleaparıcı Hacı Nuran, əməkdar artist Teymur Əmrah və digərləri iştirak edir.
  
Qeyd edək ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova noyabrın 8-də dünyasını dəyişib.

Hüseyn Məmmədsalahov
BAKU.WS