VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Londonda keçirilən "WTM London" beynəlxalq turizm sərgisində erməni təxribatı ilə üzləşib. 

BAKU.WS-in məlumatına görə, bu barədə Turizm.az şirkətinin rəhbəri Murad Kərəmov sosial şəbəkədə paylaşım edib. O, qeyd edib ki, dünya turizm sənayesində əhəmiyyətli yerə malik olan “World Travel Market” sərgisində Ermənistan stendində Qarabağ haqqında məlumatlar yer alıb. Belə ki, "Artsakh" adı ilə təqdim olunan stenddə Qarabağın Ermənistana məxsus olması göstərilib.  

Azərbaycanın işğal edilən 20% torpaqlarının turizmini təbliğ edən ermənilər, bunu bütün dünyaya nümayiş etdirir.

Dövlət Turizm Agentliyindən məsul şəxs isə bildirib ki, hazırda bu məsələ ilə bağlı təşkilatçılarla danışıqlar aparılır.

Qeyd edək ki, “World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir. 190 kv-metrlik sahədə qurulan Azərbaycan stendi yeni brendə uyğun dizayn edilərək sərgi iştirakçılarına təqdim olunur.

Sərginin ikinci günündə - 6 noyabr tarixində ilk dəfə olaraq Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün geniş miqyaslı təqdimatı keçirilib.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir.

Abbas
BAKU.WS