VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar hardasa 5-6 dəqiqə gecikib.


Nəticədə “20 yanvar”, “Nizami”, “28 may”, “Gənclik”, “Nərimanov”, “Koroğlu”, “Neftçilər”, “Əhmədli” stansiyalarında sərnişin sıxlığı yaranıb.


Hadisə barədə ətraflı məlumat almaq üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, problem qatardakı texniki nasazlıq səbəbindən yaranıb.


“Bu gün səhər “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb”,- deyə Bəxtiyar Məmmədov bildirib.


Qurum rəsmisi deyib ki, hazırda qatarların hərəkət qrafikində ləngimələr aradan qalxıb: “Hazırda metroda heç bir problem yoxdur”.


Ziya SƏCCAD
BAKU.WS