SİZİN REKLAM BURADA!
055 213 76 73



Son vaxtlar paytaxtda avtomobillərin qarəti, maşınların qaçırılması və nəqliyyat vasitələrinə hücum halları çoxalıb.


BAKU.WS xəbər verir ki, ötən gün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 58 ünvanında Anar Abbasova məxsus 3 avtomobil yarıblar. Elə həmin gün “Ultra” şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidova məxsus 10 MR 899 dövlət nişanlı “Audi” markalı avtomobili qarət olub. Malik Rəşidov 19-cu polis bölməsində olarkən, həmin vaxt 17 maşının eyni vaxtda qarət olunmasının şahidi olduğunu deyib.


Belə halların çoxalmasının səbəbi nədir?


Hüquq mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, müşahidələrə əsasən ən çox bahalı avtomobillər yarılır. Hüquq mühafizə orqanları vətəndaşları bu səbəbdən də diqqətli olmağa dəvət edir.


“Bahalı avtomobilləri harda oldu saxlayırlar. Avtomobilin salonunda gözə gələn, çanta, pul qabı, bahalı telefon, dəyərli əşyalar, məlumat daşıyıcıları və s. saxlamasınlar.


Cinayətə meyilli adamları, xüsusən xırda soyğunçuluqla məşğul olan kəslərin diqqətini cəlb edirlər. Şəxsiyyət vəsiqələri, digər qiymətli sənədləri maşında görünən yerlərdə qoymaq olmaz.


Adətən içərisində vizual baxışdan qiymətli görünən əşyalar olan maşınlardan oğurluqlar olur. Həmçinin qiymətli əşyalar evlərdə gizli yerlərdə saxlanılmalıdır.


Polis tərəfindən mühafizə olunan ev və ofislərdən oğurluqlar edilmir. Vətəndaşlar polis mühafizəsinə meyillənməlidir.


Vətəndaş özünə sual verməlidirlər ki, oğurluqların qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görüb. Hər şey insanın özündən başlanılır.


Mənzilin, yaxud avtomobilin qapısını açıq qoyduqda, maşının içərisində bahalı əşyalar qoyduqda, minik vasitələrini nəzarətsiz küçələrdə saxladıqda oğurlar üçün şərait yaranır.


İnsan profiliktik tədbirlər görməlidir.


Azərbaycan polislərinin səriştəsi və böyük səyi nəticəsində baş verən oğurluqların böyük hissəsi açılır. Bütün hallarda belə cinayətlərin baş verməməsi üçün profilaktik tədbirlər görülməlidir.


Hər şeyi inzibati orqanlardan tələb etmək düzgün deyil”.


Ziya SƏCCAD
BAKU.W
S