SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2016-cı ildə yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

BAKU.WS "AzeriDefence”ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Y. Camalov bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib.

"Bu uçuş aparatları kəşfiyyatla yanaşı digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq”, – deyə nazir vurğulayıb.

Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib.
 
BAKU.WS