SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika Mərkəzi Bankı (FED) dolların uçot dərəcəsi ilə bağlı həlledici qərarını açıqlayıb. 
 
BAKU.WS-in məlumatına görə, artıq ABŞ Mərkəzi Bankı Fedin Federal Açıq Bazar Komitəsi saat 23:00-da faiz artırımı ilə bağlı qərarını rəsmi olaraq bildirib. 

FED 10 il sonra dolların uçot dərəcəsini 0,25% civarında artıraraq 0,50 faizə çatdırıb.  
 
ABŞ-ın Mərkəz Bankının (Federal Ehtiyat Sistemi) sədri Canet Yellen dəfələrlə dollarla bağlı siqnallar verərək bazarı faiz artımına hazır olmağa çağırmışdı  Yellen hesab edir ki, iqtisadiyyatın gələcəyinə inamsızlığın bu qədər yüksək olduğu bir dövrdə faiz artımını təxirə salmaq böyük riskləri də özü ilə gətirəcək:
 
"Əgər Federal Açıq Bazar Komitəsi (FOMC) normallaşma siyasətini gərəyindən çox təxirə salarsa, iqtisadiyyatın hədəflərimizi ötməməsi  üçün ani və sürətli qərar qəbul etmək məcburiyyətində qalarıq. Bu tərz gözlənilməz bir qərar maliyyə bazarların çökməsinə və hətta iqtisadiyyatın səhvən resesyona (makroiqtisadiyyatda ümüm daxili məhsulun ardıcıl olaraq mənfiyə doğru artmasıdır) riskini artırır". 
 
Dolların uçot dərəcəsinin artırılması şübhəsiz ki, qlobal valyuta bazarındakı dəyişikliklərin manata təzyiqini artıracaq. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz dollar avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından Mərkəzi Bank 2 valyutalı səbətdən istifadə edir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir.
 
Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna görə də FED-in son qərarı dolların manata təzyiqini artırmaqla yanaşı gələcəkdə dünya bazarında avronun ucuzlaşacağı halda manatın da dollara nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. 

Azad Əliyev 
BAKU.WS