SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli Məclisin üzvü Vahid Əhmədov "Amerikanın səsi”nə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən və manatın devalvasiyasından danışıb.

BAKU.WS xəbər verir ki, sonuncu məsələdən danışan deputat vurğulayıb ki, burada şok terapiyasının tərəfdarı deyil: "Bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir. Son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm: manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm. Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın...”

Deputat daha sonra deyib: "Neftin 1 barrelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür, biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma 2016-cı ildə ola bilər ki, neftin qiymətində müəyyən enmə-qalxmalar baş versin... Manatın devalvasiyası mümkündür”.

BAKU.WS