VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının son görüntüləri yayılıb.
 
BAKU.WS-in məlumatına görə, hazırda yanğının söndürülməsi üçün işlər görülür. "Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün "Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb.
 
Hazırda "Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Həm "Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də "Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları isə davam etdirilir.
 
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən "B-200ÇS” təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri ilə axtarışlar aparılır. Yanğının söndürülməsində isə hazırda 6 gəmi iştirak edir.
 
BAKU.WS