SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ankara daha əvvəl bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağın qaytarılması üçün bütün lazımi addımlar atılacaq. Ancaq Dağlıq Qarabağda münaqişənin tərəflərindən birini qorumaq cəhdləri sülh prosesini ləngidir".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç söyləyib. Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatları destruktivdir. 
 
Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində hökumət proqramını açıqlayarkən Dağlıq Qarabağ haqqında bəyanat səsləndirmişdi. Baş nazir bildirmişdi ki, Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək.
 
Şahin Həbibov
BAKU.WS