VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Rusiya prezidenti Vladimir Putinin gəzərkən sağ əlini az yelləyərək bədəninə yaxın saxlaması, sol əlini isə daim hərəkət etdirməsi araşdırma mövzusu olub.
 
BAKU.WS-in məlumatına görə, Portuqaliya, İtaliya və Hollandiyadan bir qrup elm adamının birgə araşdırması ingilis tibb jurnalı "The BMJ"də nəşr olunub. Hollandiyadakı "Radboud Universiteti" araşdırmaçıları Putin və bəzi yüksəksəviyyəli rəsmilərin hərəkətlərini analiz edib.
 
Araşdırmalarına nəticəsinə görə, Putinin gedərkən sağ əlini az yelləyərək bədəninə yaxın tutması, sol əlini isə hərəkət etdirməsi illər əvvəl Sovet kəşfiyyatı KQB-də aldığı təhsildən qaynaqlanır. Sovet dövründə KQB agentləri tapançalarını qoltuğ hissəsində daşıyırdı. Sağ əlin isə silaha daha tez çatması üçün boş saxlanılırdı. 
 
Qeyd edək ki, Putinin bu cür yerişinə KİV-də geniş ayrılmışdı. İddia edilirdi ki, guya Putin parkinson xəstəsidir. Ancaq son araşdırma belə bir halın olmadığını aşkara çıxarıb. 
 
BAKU.WS